Misli Premyer Liqasının XXXIV turunun oyun cədvəlində dəyişiklik edilib. Matc.az xəbər verir ki, "Sabah" klubu 13 mayda keçiriləcək "Sabah" – "Beşiktaş" xeyriyyə matçı ilə əlaqədar olaraq Peşəkar Futbol Liqasına rəsmi müraciət ünvanlayıb.
 
"Sabah" klubunun müraciətini, "Sumqayıt" klubunun razılıq məktubunu nəzərə alan Peşəkar Futbol Liqasının qərarı ilə XXXIV turun "Sumqayıt" – "Sabah" qarşılaşması 14 maydan 17 maya təxirə salınıb.
 
Qarşılaşmanın başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest