Sabah Misli Premyer Liqasında XXXIV tura start veriləcək. Matc.az saytının məlumatına görə, oyunlar dörd fərqli gündə keçiriləcək.

Açılış matçı Zirə İdman Kompleksinin stadionunda olacaq. Eyniadlı komanda "Kəpəz"i qəbul edəcək. Avrokuboklara vəsiqə verən 4-cü yer uğrunda mübarizəni davam etdirmək üçün Rəşad Sadıqovun yetirmələri mütləq qələbə qazanmalıdı.

Ertəsi gün iki görüş baş tutacaq. İlk olaraq bölgə təmsilçiləri "Qəbələ" ilə "Turan Tovuz" birincilərin meydanında qarşılaşacaq. Hazırda 4-cü sırada yer alan "qırmızı-qaralar" işini çətinə salmamaq üçün doğma azarkeşləri önündə qalib gəlməyə məhkumdu.

Elitanı tərk etmək təhlükəsi ilə üzləşən "Səbail" lider "Qarabağ"ı qəbul edəcək. Ağdam təmsilçisi qələbə qazanacağı halda çempionluğunu rəsmiləşdirəcək. Ancaq qəsəbə təmsilçisi də sensasiya edərək, autsayderdən bir qədər də uzaqlaşmaq niyyətindədi.

Bürünc mükafatı təmin edən "Neftçi" autsayder "Şamaxı"nı sınağa çəkəcək. Bu, "ağ-qaralar" üçün formal matç olsa da, Premyer Liqada qalmaq uğrunda mübarizə aparan şamaxılılar üçün hər xal qızıla bərabərdi.

Tura "Sumqayıt" – "Sabah" görüşü ilə yekun vurulacaq. "Sabah" mayın 13-də "Beşiktaş"la xeyriyyə oyunu keçirəcəyindən, turun qapanış qarşılaşması mayın 17-də olacaq. "Sumqayıt" qələbə qazanarsa, elitadakı yerini təmin edəcək.

Misli Premyer Liqası
XXXIV tur
12 may

19:00. "Zirə" – "Kəpəz"
Zirə İdman Kompleksinin stadionu

13 may

18:00. "Qəbələ" – "Turan Tovuz"
Qəbələ şəhər stadionu

20:30. "Səbail" – "Qarabağ"
"ASCO Arena"

14 may

20:30. "Neftçi" – "Şamaxı"
"Bakcell Arena"

17 may

19:30. "Sumqayıt" – "Sabah"
"Kapital Bank Arena"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest