Bu gün Misli Premyer Liqasında XXXIV tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Açılış matçı Zirədə keçirilib. Burada "Zirə" ilə "Kəpəz" komandaları üz-üzə gəliblər. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

Bu turun "Qəbələ" – "Turan Tovuz" və "Səbail" – "Qarabağ" matçları sabah, "Neftçi" – "Şamaxı" görüşü isə bazar günü oynanılacaq. Tura mayın 17-də keçiriləcək "Sumqayıt" – "Sabah" oyunu ilə yekun vurulacaq.

Misli Premyer Liqası
XXXIV tur
12 may

"Zirə" – "Kəpəz" 1:1
Qollar: Toni Qomes, 51 - Yeqor Xvalko, 45+3.
Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Teymur Teymurov, Vüqar Həsənli
Zirə İdman Kompleksinin stadionu, 19:00.

Zirə: 41. Anar Nəzirov, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 19. Vladislav Kulaç, 14. Hamidu Keyta, 44. Dmitrios çantakias, 70. İssa Cibrila, 26. Nemanya Andelkoviç, 6. Eldar Quliyev.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 66. Pərviz Azadov, 38. Ramiz Muradov, 9. Loris Broqno, 23. Andriya Lukoviç, 28. Abbas İbrahim, 17. Toni Qomes.
Baş məşqçi: Rəşad Sadıqov.
Kəpəz: 71. Mario Mustapiç, 74. Yusif Nəbiyev (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 3. Abdulla Rzayev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Georgi Kantariya, 21. Martins Junior, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 68. Orxan Sadıqlı, 8. Tural Axundov, 80. Tural Rzayev, 70. Nicat Süleymanov, 2. Zamiq Əliyev, 5. İdris İnqilablı, 27. Samir Məhərrəmli, 91. Nizami Səmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 10. Salif Sisse.
Baş məşqçi: Tərlan Əhmədov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest