Misli Premyer Liqasında XXXIV turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha iki görüş baş tutub.

Əvvəlcə "Qəbələ" "Turan Tovuz"u sınağa çəkib. üç qolun qeydə alındığı oyunda qonaqlar qələbə qazanıblar.

Günün digər oyunu "Səbail"lə "Qarabağ" arasında baş tutub. Ağdam təmsilçisi bu oyunda qalib gəlsə, çempionluğunu rəsmiləşdirəcəkdi. Qurban Qurbanovun yetirmələri buna matçın sonlarında vurduqları 3 cavabsız qolla nail olublar.

Xatırladaq ki, turun "Zirə" ilə "Kəpəz" arasında baş tutan ilk matçında qalib müəyyənləşməyib – 1:1. "Neftçi" – "Şamaxı" matçı sabah, "Sumqayıt" – "Sabah" oyunu isə mayın 17-də keçiriləcək.

Misli Premyer Liqası
XXXIV tur
13 may

"Qəbələ" – "Turan Tovuz" 1:2
Qol: Rafael Utziq, 66 - Sadiq Quliyev, 54. Siyanda Xulu, 90+5.
Qırmızı vərəqə: ürfan Abbasov, 56.
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə.
Qəbələ şəhər stadionu, 18:00.

Qəbələ: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 34. ürfan Abbasov (k), 27. Məqsəd İsayev, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal, 9. Əyyub Allaş.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 14. ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 16. Nicat Əliyev, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.
Turan Tovuz: 85. Kamal Bayramov (k), 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 10. Xəyal Nəcəfov, 99. Veysəl Rzayev, 88. Faiq Hacıyev, 55. Siyanda Xulu, 30. Piruzi Marakvelidze, 25. Denis Marandiç, 19. Runi Eva, 9. Belaydi Pusi.
Ehtiyat oyunçular: 13. Mehman Hacıyev,, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 15. Vüsal Məsimov, 17. Natan Oduva, 24. Divayn Naa, 23. Okebuqvu Henri, 11. Ayxan Quseynov.
Baş məşqçi: Ayxan Abbasov.

"Səbail" – "Qarabağ" 0:3
Qol: Bəhlul Mustafazadə, 71. Ramil Şeydayev, 77-pen; 86.
Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
"ASCO Arena", 20:30.

Səbail: 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 9. Mirabdulla Abbasov, 2. Adil Nağıyev, 96. İlkin Muradov, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 27. Emil Martinov, 88. Matiya Lyuyiç, 5. Petro Stasyuk, 4. Maksim çex.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 7. Ruslan Hacıyev, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 11. Qoba Zakpa, 99. David Qomis, 30. Franko Mazurek, 21. Kizito Luvaqa, 23. Qustavo de Fransa.
Baş məşqçi: Şahin Diniyev.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev (k), 19. Filip Ozobiç, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 99. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest