"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 34-cü turunda "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib.

"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 34-cü turunda "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Maraqlı və gərgin oyun olacağını bilirdik. Seriyamızı davam etdirmək istəyirdik. "Qəbələ"ni bu il məğlub edə bilməmişdik. Vacib 3 xal qazandıq. Azarkeşlərimizə təşəkkür edirik. Ən çətin durumlarda xallar qazanmışıq. Kubokun stressi bizi çox sıxırdı. Bu, bəzi oyunlarda bizə mane oldu. Normal haldır. Hər komandanın enişi də, yaxşı dövrü də olur. Bu gün görünən odur ki, düz yoldayıq. Gələcəyi düşünürük. "Neftçi" ilə yarımfinal da bir təcrübə idi.
 
Natan Oduvanın dünən ağrıları var idi. Yüngül zədəsi var. Oyunun tempi elə idi ki, tam hazır olmayan futbolçunu buraxmaq istəmədik. Bu gün Sadiq Quliyevin qol vurmasına çox sevindim. Onu yenidən futbola qazandırdıq. Əlbəttə ki, məşqlərdə bunun üzərində çalışırıq. Bu, bizim üstünlüyümüzdür və bundan istifadə etmək istəyirik. Mehman Hacıyev Premyer Liqada debüt etdi. Bu, bizi sevindirir. Heyətimizi qorumaq və yeni oyunçular gətirmək istəyirik. Avrokuboklar sözü verə bilmərəm. Amma yaxşı olmaq istəyirik. İnkişaf etmək istəyiriksə, ən azı 3 il yaxşı mübarizə aparmalıyıq. Bu gün "Turan Tovuz"dan böyük hədəflər gözləməklə razılaşmıram. Bunlar olmalı idi. Biz dostumuzla düşmənimizi tanımalıyıq. Bəziləri elə bilir ki, futbolu yaxşı bilir. Amma heç nə bilmirlər. Zəif oyunlarımız da çox olub. Normal haldır. özümü kiməsə sübut etmək fikrim yoxdur. Komandanın topu, forması olmayanda heç kim gətirib bizə top vermədi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest