Misli Premyer Liqasının çempionu bəlli olub. Matc.az xəbər verir ki, XXXIV turda "Səbail"in qonağı olan "Qarabağ" 3:0 hesablı səfər qələbəsi ilə 1-ci yeri təmin edib.

Misli Premyer Liqasının çempionu bəlli olub. Matc.az xəbər verir ki, XXXIV turda "Səbail"in qonağı olan "Qarabağ" 3:0 hesablı səfər qələbəsi ilə 1-ci yeri təmin edib.
 
Ən yaxın izləyicisi "Sabah"la xal fərqini 10-a çatdıran Qurban Qurbanovun yetirmələri sona iki tur qalmış qızıl medalları qazanıb. Bu, Ağdam klubunun 10-cu çempionluğudur. İlk uğuru 1993-cü ildə əldə edən bölgə təmsilçisi son 10 mövsümdə 9-cu dəfə qızıl medallara sahib çıxıb. 2008-ci ilin yayından komandanın sükanı arxasında olan Qurban Qurbanov 9-cu zəfərinə sevinib. "Qarabağ" bununla həm çempionlar Liqasına vəsiqə qazanıb, həm də 5 çempionluğu ifadə edən ikinci ulduza yiyələnib.
 
Azərbaycan çempionatının bütün qalibləri:
 
1992. "Neftçi" (Bakı)
 
1993. "Qarabağ" (Ağdam)
 
1993/94. "Turan" (Tovuz)
 
1994/95. "Kəpəz" (Gəncə)
 
1995/96. "Neftçi" (Bakı)
 
1996/97. "Neftçi" (Bakı)
 
1997/98. "Kəpəz" (Gəncə)
 
1998/99. "Kəpəz" (Gəncə)
 
1999/2000. "Şəmkir"
 
2000/01. "Şəmkir"
 
2001/02. Yarımçıq qalıb
 
2002/03. Keçirilməyib
 
2003/04. "Neftçi" (Bakı)
 
2004/05. "Neftçi" (Bakı)
 
2005/06. "Bakı"
 
2006/07. "Xəzər Lənkəran"
 
2007/08. "İnter" (Bakı)
 
2008/09. "Bakı"
 
2009/10. "İnter" (Bakı)
 
2010/11. "Neftçi" (Bakı)
 
2011/12. "Neftçi" (Bakı)
 
2012/13. "Neftçi" (Bakı)
 
2013/14. "Qarabağ" (Ağdam)
 
2014/15. "Qarabağ" (Ağdam)
 
2015/16. "Qarabağ" (Ağdam)
 
2016/17. "Qarabağ" (Ağdam)
 
2017/18. "Qarabağ" (Ağdam)
 
2018/19. "Qarabağ" (Ağdam)
 
2019/20. "Qarabağ" (Ağdam)
 
2020/21. "Neftçi" (Bakı)
 
2021/22. "Qarabağ" (Ağdam)
 
2022/23. "Qarabağ" (Ağdam)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest