Misli Premyer Liqasında daha bir antirekord qeydə alınıb. Matc.az xəbər verir ki, bu, XXXIV turun "Neftçi" – "Şamaxı" baş verib.
 
1:1 hesabı ilə başa çatan görüşdə meydan sahiblərinin qolunu qonaq komandanın qapıçısı Rəşad Əzizli öz qapısından keçirib. Bu, cari mövsümün 17-ci avtoqolu olub.
 
Belədə Azərbaycan çempionatları tarixində antirekord təkrarlanıb. Buna qədər ən çox avtoqol 2014-15 mövsümündə olub. Həmin vaxt da 17 dəfə futbolçu topu öz qapısına göndərib.
 
Antirekord 8 ildən sonra təkrarlanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest