Misli Premyer Liqasında sona iki tur qalmış çempionluğu rəsmiləşdirən "Qarabağ" 10-cu dəfə yarışın qalibi adına yiyələnib. Matc.az xəbər verir ki, bu, ağdamlıların tarixində 18-ci tituldu.

Misli Premyer Liqasında sona iki tur qalmış çempionluğu rəsmiləşdirən "Qarabağ" 10-cu dəfə yarışın qalibi adına yiyələnib. Matc.az xəbər verir ki, bu, ağdamlıların tarixində 18-ci tituldu.
 
Komanda 1993, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020 və 2021/2022 mövsümlərində də ölkə çempionu olmağı bacarıb.
 
Bu komanda eyni zamanda 1993, 2005/2006, 2008/2009, 2014/2015, 2015/2016, 2016/2017 və 2021/2022 mövsümlərində ölkə kubokunu, 1993-cü ildə isə Superkubokunu başı üzərinə qaldırıb.
 
"Qarabağ" bununla titul sayında "Neftçi"nin rekordunu təkrarlayıb. Hazırda hər iki komandanın aktivində 18 kubok var. "Neftçi" 9 dəfə ölkə çempionu olubsa, 6 dəfə kuboku, 2 dəfə Superkuboku, 1 dəfə isə "Birlik kuboku"nu əldə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest