Misli Premyer Liqasının XXXIV turunda "Səbail"lə oyunda dubl edən "Qarabağ"ın hücumçusu Ramil Şeydayev cari mövsüm qollarının sayını 22-yə çatdırıb. Matc.az xəbər verir ki, 27 yaşlı forvard bununla klub tarixinin rekordunu təkrarlayıb.

O, bir mövsümdə ən çox qol vuran sabiq forvard Reynaldoya çatıb. Braziliyalı 2013/14 mövsümündə 22 qolla rekorda imza atmışdı. Onun rekordunu isə Şeydayev 9 ildən sonra təkrarlayıb.
 
Ramil son iki turda daha bir qol vursa, mütləq rekordçu olacaq. "Qarabağ"ın digər hücumçusu Musa Qurbanlının isə rekordçulara çatması üçün 2 qola ehtiyacı var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest