"Bunun baş tutması üçün əlimdən gələni edəcəyəm. Bu, mənim ən böyük arzumdur və ümid edirəm ki, arzularım gerçəkləşəcək". Matc.az xəbər verir ki, bu sözləri "Mançester Siti"nin hücumçusu Erlinq Haland deyib.

Premyer Liqanın qalib olan "Mançester Siti"ni qarşıda çempionlar Liqasının və İngiltərə Kubokunun final oyunları gözləyir. "Şəhərlilər" hər iki görüşdə qələbə qazansa, mövsümü trebllə başa vuracaq.

Halandın sözlərinə görə, hər iki görüşdə qələbə asan deyil: "Bu asan deyil. Rəqiblər motivasiyalı, hazır olacaqlar, amma əlimizdən gələnin ən yaxşısını etməliyik".

Qeyd edək ki, "Mançester Siti" iyunun 3-də İngiltərə kubokunun finalında "Mançester Yunayted"lə, iyunun 10-da isə çempionlar Liqasının finalında "İnter"lə qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest