"İki il əvvəl "Barselona" ilə müqaviləni niyə yeniləmədim? Ayrılmalı olduğumu necə başa düşdüm? çətin qərar idi". Matc.az xəbər verir ki, bunu argentinalı futbolçu Lionel Messi deyib. 
 
ABŞ-ın "İnter Mayami" klubuna keçən Messi İspaniyadan ayrılmasına aydınlıq gətirib: "Bir daha deyim ki, bütün bunlar keçmişdə qalıb. Bu, xoşagəlməz mərhələ idi. Ailəm və mən İspaniyada qala biləcəyim illüziyası ilə yaşayırdıq: məşq etdim, uşaqlar məktəbə getdilər.
Yeni müqavilənin imzalanmasından bir gün əvvəl mənə dedilər ki, bu, mümkün deyil və klubdan ayrılmalıyam. Başqa kluba keçmək üçün tələsik qərar verməli oldum. Yaşadıqlarımız böyük bir sınaq idi"
 
Qeyd edək ki,  Messi 18 il (2003-2021) "Barselona"da çıxış edib. Argentinalı Kataloniya komandası ilə 35 kubok qazanıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest