Misli Premyer Liqasının başa çatan 2022/23 mövsümünün oyunlarını 261 min 564 tamaşaçı izləyib. Matc.az xəbər verir ki, baş tutan 180 matçda orta göstərici 1453-ə bərabər olub. Bu, son 5 mövsümün rekordudur. Daha yüksək göstəriciyə sonuncu dəfə 2017/18 mövsümündə təsadüf olunub – 2007.
Bu rəqəm 2018/19 mövsümündə 1015, 2019/20 mövsümündə 1007, 2021/22 mövsümündə 794-ə bərabər olubsa, 2020/21 mövsümü tamaşaçılarsız keçirilib.
Ən çox seyrçi 14-cü turun "Sabah" – "Qarabağ" görüşündə (0:0) qeydə alınıb – 10000. üç qarşılaşmada 7000 izləyici olub. Bu matçlar 16-cı və 32-ci turun "Neftçi" – "Qarabağ" (0:4 və 2:4), 30-cu turun "Sabah" – "Qarabağ" (2:1) duelləridir. "Beşlik"də Bakıdan kənarda baş tutan bir qarşılaşma var. 3-cü turun "Turan Tovuz" – "Qarabağ" oyununu (0:2) 5800 izləyici seyr edib. Ən çox tamaşaçı olan 5 matç çempionun səfər görüşləridir.
Klublar arasında lider "Turan Tovuz"dur. Premyer Liqanın debütantının ev oyunlarını 63 min 300 nəfər izləyib. çempionatda 2-ci olan "Sabah" və 3-cü yeri tutan "Neftçi" tamaşaçı sayında da eyni mövqedə qərarlaşıb. "Qarabağ" isə 5-ci sıradadır.
yer |
komanda |
tamaşaçı |
oyun |
orta |
1 |
Turan Tovuz |
63300 |
18 |
3517 |
2 |
Sabah |
41650 |
18 |
2314 |
3 |
Neftçi |
35350 |
18 |
1964 |
4 |
Şamaxı |
23740 |
18 |
1319 |
5 |
Qarabağ |
22543 |
18 |
1252 |
6 |
Sumqayıt |
21376 |
18 |
1188 |
7 |
Kəpəz |
18476 |
18 |
1026 |
8 |
Səbail |
13420 |
18 |
746 |
9 |
Qəbələ |
13159 |
18 |
731 |
10 |
Zirə |
8550 |
18 |
475 |
|
Cəmi |
261564 |
180 |
1453 |