Bugünkü məşqdən əvvəl baş məşqçi Samir Abasov futbolçulara 27 sentyabr - Anım Günü və Vətən müharibəsi barədə məlumat verib.
"Sumqayıt" Misli Premyer Liqasının VIII turunda "Qarabağ"la keçiriləcək oyunun hazırlıqlarını görür. Matc.az xəbər verir ki, komanda məşqlərini "Kapital Bank Arena"nın ehtiyat meydançasında keçir.
Bugünkü məşqdən əvvəl baş məşqçi Samir Abasov futbolçulara 27 sentyabr – Anım Günü və Vətən müharibəsi barədə məlumat verib.
Məşqdə isə əsasən fiziki gücün artırılması üçün hərəkətlər görülüb, daha sonra topla müxtəlif çalışmalar yerinə yetirilib.
Qeyd edək ki, sentyabrın 29-da "Azersun Arena"da keçiriləcək "Qarabağ" – "Sumqayıt" oyunu saat 20:00-da başlayacaq.