Qarşılaşmanın 59-cu dəqiqəsində əvəzlənən uruqvaylı qolkiperin dirsəyində sınıq olduğu ehtimal edilirdi. Lakin müayinə zamanı buna rast gəlinməyib.

“Qalatasaray”ın kapitanı Fernando Musleranın durumuna aydınlıq gəlib. Matc.az xəbər verir ki, Türkirə Super Liqasının XI turunda “Kasımpaşa” ilə oyunda zədələnən təcrübəli qapıçı tibbi müayinədən keçib.
 
Qarşılaşmanın 59-cu dəqiqəsində əvəzlənən uruqvaylı qolkiperin dirsəyində sınıq olduğu ehtimal edilirdi. Lakin müayinə zamanı buna rast gəlinməyib. Dirsəyindəki çıxıq elə meydançada olarkən həkimlər tərəfindən yerinə salınmışdı. Sadəcə, dirsək ətrafı əzələlərdə yırtıq, oynaq kapsulunda qanaxma və bağlarda uzanma meydana gəlib.
 
Ulduz futbolçunun yaşıl meydanlara nə zaman dönəcəyi barədə hələ qərar verilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest