Qadın futbolçulardan ibarət Azərbaycan millisi Millətlər Liqasında çıxış edəcək. Matc.az xəbər verir ki, yığmamızın Kipr və Farer adaları ilə oyunların yeri və başlama vaxtı müəyyənləşib.
 
Qarşılaşmalar müvafiq olaraq dekabrın 1-də və 5-də olacaq. İlk matç Kiprə qarşı olacaq. Limassoldakı “Limassol” stadionunda olacaq həmin oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
 
Farer adaları ilə qarşılaşma isə “Dalğa Arena”da təşkil ediləcək və saat 19:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest