Azərbaycan Premyer Liqasında bu gün XVI turun daha iki oyunu olub. Matc.az xəbər verir ki, görüşlərdən biri bölgədə, biri isə paytaxtda keçirilib.
Günün ilk qarşılaşması Qəbələdə olub. Şəhərin eyniadlı komandası “Kəpəz”i qəbul edib. Bunu həm də autsayderlərin dueli kimi qələmə vermək olar. Gərgin keçən görüşdən qonaqlar 3:0 hesabı ilə qalib ayrılıb.
Turnir cədvəlinin ikinci sırasında yer alan “Zirə” isə çempionatın sürpriz komandalarından “Araz-Naxçıvan”la üz-üzə gəlib. Lider “Qarabağ”la xal fərqi getdikcə artan bakılılar yaxın izləyicilərinin yaxınlaşmaması üçün bu dəfə qalib gəlməli idi. Görüş başladığı kimi 0:0 hesabı ilə yekunlaşıb.
Turun ilk oyununda “Qarabağ” “Sumqayıt”a səfərdə 6:1 hesabı ilə qalib gəlib. “Sabah” – “Səbail” və “Neftçi” – “Turan Tovuz” matçları isə sabah keçiriləcək.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 9. Vladislav Kulaç, 23. Andriya Lukoviç, 28. Abbas İbrahim
Baş məşqçi: Rəşad Sadıqov
"Araz-Naxçıvan": 12. Kristian Avram, 10. Orxan Əliyev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 4. İqor Ribeyro, 8. İsmail Azzaui, 27. Numan Kurdiç (k)
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 82. Vüsal Alızadə, 19. Aksel Nqando, 9. Elvis Maşike, 14. Miço Kuzmanoviç
Baş məşqçi: Azər Bağırov