"Barselona" gənc və istedadlı futbolçularından birini sata bilər.
 
Matc.az xəbər verir ki, "blauqrana" yay transfer pəncərəsində yarımmüdafiəçi Pedrini satmağı planlaşdırır. Klub rəhbərliyi futbolçusu üçün ən azı 120 milyon avro tələb edəcək. Potensial alıcılar arasında "Bavariya", "Çelsi" və "Mançester Siti" var.
 
İspaniya çempionatının bu mövsümündə 21 yaşlı yarımmüdafiəçi 8 oyun keçirib, 1 qol vurub, 2 sarı vərəqə alıb. Onun müqaviləsi 2026-cı ilin yayında başa çatır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest