09 Yanvar 2024, 21:25
FUTBOL
"Barselona" mövsümün sonuna qədər "Atletiko Madrid"dən icarəyə götürdüyü portuqaliyalı yarımmüdafiəçi Joao Feliksin gələcəyi ilə bağlı qərar verməyib.
Matc.az xəbər verir ki, məşqçilər korpusunda futbolçu ilə bağlı şübhələr var. Feliks kataloniyalıların heyətində yaxşı başladı, lakin son vaxtlar onun performansında azalma müşahidə olunur. Yanvar ayında portuqaliyalının agenti Jorje Mendes "Atletiko" və "Blauqrana" arasında danışıqlara başlayıb.
Bu mövsüm Feliks bütün turnirlərdə 22 oyun keçirib, 6 qol vurub, 3 məhsuldar ötürmə edib və 5 sarı vərəqə alıb.