12 Fevral 2024, 10:53
FUTBOL
Stefano Pioli “Milan” sükanı arxasında keçirdiyi oyun sayına görə, beşinci pilləyə yüksəlib. Matc.az xəbər verir ki, A seriyasının XXIV turunda “Napoli” ilə görüş 58 yaşlı mütəxəssisin “rossonyerlər”də 220-ci qarşılaşması olub.
O, bununla Arriqo Sakkiyə çatıb. Hazırda Pioli yalnız Nils Liedholm (277 oyun), Fabio Kapello (300), Nereo Rokko (339) və Karlo Ançelottidən (420) geri qalır. Pioli 2019-cu ildən komandanı çalışdırır. Onun rəhbərliyi altında milanlılar İtaliya çempionu olub.
Qeyd edək ki, “Napoli”ni 1:0 hesabı ilə məğlub edən “Milan” 52 xalla üçüncü sırada qərarlaşır.