“Azarkeşlərimizə təşəkkür edirəm ki, bizi sona qədər dəstəklədilər. Oyunumuzu yaxşılaşdırmağı tələb edirlər, bu da bizi çox sevindirir. Qol imkanlarımız oldu, istifadə edə bilmədik. Rəqib əlinə düşən şanslardan yararlandı".

“Azarkeşlərimizə təşəkkür edirəm ki, bizi sona qədər dəstəklədilər. Oyunumuzu yaxşılaşdırmağı tələb edirlər, bu da bizi çox sevindirir”.

Matc.az xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Adil Şükürov “Səbail”ə 1:4 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XXII tur oyunundan sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis qol imkanlarını dəyərləndirə bilməmələrindən gileylənib: “Qol imkanlarımız oldu, istifadə edə bilmədik. Rəqib əlinə düşən şanslardan yararlandı. Bu matçı unudub, qarşıdakı görüşlərə hazırlaşmalıyıq. Marafon uzundu, üzərimizdə daha çox çalışmalıyıq. Paltardəyişmə otağında da uşaqlara izah etdim ki, belə oyunlar komandada pozitiv yanaşmanı artırmalıdı”.

Daha sonra o, penalti epizodu ilə bağlı sualı da cavablandırıb: "Ondan öncəki epizoda baxmalıyıq. Kornerdə rəqib oyunçu Amil Yunanovu itələmişdi. Bizim penalti ilə bağlı etirazımız yoxdur. Sadəcə əvvəlki epizoda baxılmasını istəyirdik."

Şükürov Müdafiədəki boşluqların səbəbini açıqlayıb: "Komanda daha çox hücum edəndə, müdafiədə boşluqlar olur. Hər kəs həm hücum etməyə, həm də müdafiə olunmağa çalışırdı". 

Sonda o, klubun sponsorunun olmaması məsələsinə də toxunub: "Heç bir təsiri yoxdur. Bizim işimiz komandanı Premyer Liqada saxlamaqdır. Başqa heç nə barədə düşünmürürk. Bura gəlmişik, işimizi sona çatdırmalıyıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest