Adrian Skarlatake ilk dəfə "Zirə"nin kapitanı kimi meydana çıxıb. Matc.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, bu, Topaz Premyer Liqasının XXIV turunun "Sumqayıt"la görüşündə (2:0) baş verib.
Qarşılaşmaya kapitan sarğısı ilə başlayan rumıniyalı bakılıların Premyer Liqadakı oyunları tarixində buna nail olan 8-ci futbolçudu. Skarlatakeyə qədər Anar Nəzirov (37), Kamal Bayramov (21), Rəşad Abdullayev (20), Elvin Məmmədov (18), Aleksandr Şemonayev (15), Vüqar Mustafayev və Adil Nağıyev (hərəsi 1) matça kapitan kimi başlamışdı.
Bu siyahıda indiyədək yalnız yerli futbolçular olduğundan Adrian "Zirə"nin tarixində ilk legioner kapitandı. Bunadək təkcə Premyer Liqa deyil, digər yarışlarda da əcnəbil futbolçular kapitan kimi meydana çıxmamışdı.