“Real” İspaniya La Liqasının XXV turunda “Rayo Valyekano” ilə evdə 1:1 hesablı bərabərə qalıb. Matc.az xəbər verir ki, adıçəkilən komanda tarixində ikinci dəfə “kral klubu”na qarşı bir mövsümdə keçirdiyi hər iki qarşılaşmada məğlub olmayıb.

Bu komandaların birinci dövrədəki dueli qolsuz heç-heçə yekunlaşmışdı. “Rayo Valyekano” ilk dəfə 1992/93 mövsümündə hər iki matçda “Real”a uduzmamışdı.

31 il əvvəl madridlilər iki qarşılaşmada rəqibdən ümumilikdə 1 xal ala bilmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest