“Mançester Yunayted”in hücumçusu Rasmus Hoylund qollarına davam edir. Matc.az xəbər verir ki, danimarkalı forvard Premyer Liqanın XXV turunda “Lyuton”la görüşdə də fərqlənməyi bacarıb.

Bununla 21 yaşlı futbolçu ardıcıl 6-cı qarşılaşmada qol vurmağı bacarıb. Hoylund Premyer Liqa tarixində ardıcıl 6 matçda qol vuran ən gənc oyunçu ünvanına yiyələnib. Oyunun 37-ci saniyəsində rəqibi cəzalandıran gənc forvard həm də “Mançester Yunayted” tarixinin Premyer Liqada səfərdə ən erkən qolunun müəllifi olub.

Qeyd edək ki, “Mançester Yunayted”in “Lyuton”u səfərdə 2:1 hesabı ilə məğlub etdiyi görüşdə hər iki qola Rasmus Hoylund imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest