17 Aprel 2019, 14:07
ÇEMPİONLAR LİQASI
çempionlar Liqasının 1/4 final mərhələsində "Yuventus" üzərində səfər qələbəsi qazanan (2:1) "Ayaks" yarımfinala adlayan ilk iki komandadan biri olub. Matc.az saytının məlumatına görə, Hollandiya klubu bununla 14 illik tilsimi qırıb.
Belə ki, "Ayaks" məhz 14 ildən sonra çL-də yarımfinal görən ilk "Top-5"dən kənar ölkə təmsilçisidi. Sonuncu dəfə bunu Hollandiyanın digər komandası PSV bacarmışdı. 2005-ci ildə eyndhovenlilər yarımfinalda "Milan" səddinə ilişmişdilər.
Qeyd edək ki, "Ayaks" yarımfinal mərhələsində "Mançester Siti" - "Tottenhem" cütünün qalibi ilə qarşılaşacaq.