Avropa Liqasında 1/4 final, yarımfinal mərhələsinin və finalın püşkü atılıb. Matc.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində baş tutub. Mərasimdə 1/8 finalda “Qarabağ”a qalib gələn “Bayer”in də rəqibi müəyyənləşib.
Avropa Liqasında 1/4 final, yarımfinal mərhələsinin və finalın püşkü atılıb. Matc.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində baş tutub.
Mərasimdə 1/8 finalda “Qarabağ”a qalib gələn “Bayer”in də rəqibi müəyyənləşib.
Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları aprelin 11-də və 18-də, yarımfinalın matçları isə mayın 2-də və 9-da keçiriləcək. Final mayın 22-də Dublindəki “Aviva” stadionunda olacaq.
1/4 final:
“Milan” (İtaliya) - “Roma” (İtaliya)
“Liverpul” (İngiltərə) – “Atalanta” (İtaliya)
“Bayer 04” (Almaniya) - “Vest Hem” (İngiltərə)
“Benfika” (Portuqaliya) - “Marsel” (Fransa)
Yarımfinal:
“Benfika” - “Marsel” cütünün qalibi / “Liverpul” – “Atalanta” cütünün qalibi
“Milan” - “Roma” cütünün qalibi / “Bayer 04” - “Vest Hem” cütünün qalibi