“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Premyer Liqanın XXX turunda “Arsenal”la keçirilən oyundan sonra çempionluğa əsas favoriti açıqlayıb. Matc.az xəbər verir ki, London klubu ilə qolsuz bərabərə qalaraq turnir cədvəlində 3-cü pilləyə düşdüklərini bildirən ispaniyalı mütəxəssis qızıl medallara əsas iddiaçı olmadıqlarını etiraf edib.

O, liderliyə yüksələn “Liverpul”u əsas favorit adlandırıb: “Kim birincidisə, həmişə favoritdi. Hazırda “Arsenal” ikinci, biz isə üçüncüyik. İndi şans bizim əlimizdən çıxıb. Əlimizdən gələn tək şey “Aston Villa” haqqında düşünməkdi. Liqanın zirvəsindəsənsə favoritsən”.

Qeyd edək ki, “Mançester Siti” hazırda 64 xalla üçüncü pillədə qərarlaşıb. “Liverpul” 67 xalla turnir cədvəlinə başçılıq edir. “Arsenal” isə 65 xalla ikinci yerdədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest