“Barselona”nın sabiq yarımmüdafiəçisi Emmanuel Petit baş məşqçi Xavinin Kataloniya klubunu tərk edəcəyi ilə bağlı qərarına münasibət bildirib. Matc.az xəbər verir ki, frasalı mütəxəssisin fikrincə, ispaniyalı çalışdırıcı postunda qalmalıdı.
 
Petit hesab edir ki, kataloniyalıların problemi meydandan kənardadı: “O, keçən il liqanı qazandı. Klub tarixinin ən yaxşı oyunçularından biridi. Lənətə gəlmiş dünyada insanların 99%-nin yaddaşı yoxdu. Məşqçi kimi tək sənsən, yanında heç kim yoxdu. Xavi bunu bilir. Hər matçda azarkeşlər səni öldürməyə çalışacaqlar. Klub La Liqa və ya Çempionlar Liqasını qazansa belə, iki həftədən sonra bunu unudacaqlar. Məncə, Xavi klubda qalmalıdı. İki ildən bir məşqçi dəyişirlər. “Barselona”nın çatışmayan cəhəti sabitlikdi”.
 
Qeyd edək ki, Xavi 2021-ci ilin noyabrından “Barselona”ya rəhbərlik edir. 44 yaşlı mütəxəssis kluba İspaniya çempionatını (2022-23) və Superkubokunu (2022-23) qazandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest