“Sabah” Bakıya xalla dönə bilərmi? Əlbəttə, mümkündü. Çünki komandanın son dövrlərdəki oyunu çox xoşuma gəlir”

“Sabah”ın səfər oyununun çox çətin keçəcəyini düşünürəm. Bunu tək mən yox, hamı deyir. Yəqin ki, komandanın özü də bunu bizdən daha yaxşı başa düşür”. Bu sözləri matc.az saytına Azərbaycan millisinin keçmiş futbolçusu, “Neftçi” klubunun sabiq baş məşqçisi Samir Abasov deyib.

Bu gün Çempionlar Liqasının liqa mərhələsinin IV turunun oyunları keçiriləcək. Azərbaycan çempionu “Sabah” Norveçdə “Vikinq”lə qarşılaşacaq.

Bu görüşlə bağlı fikirlərini bölüşən mütəxəssisin sözlərinə görə, səfər qarşılaşmasının çətin keçəcəyini gözləsə də, təmsilçimiz meydandan xalla ayrıla bilər.

“Norveçdə “Vikinq” və “Bodo-Qlimt” kimi komandalar var. Belə ölkələrdə oynamaq həddindən artıq çətindi. Hətta adlı-sanlı rəqiblər də orada əziyyət çəkirlər. “Bavariya”nın son oyunları buna nümunədir. “Sabah” Bakıya xalla dönə bilərmi? Əlbəttə, mümkündü. Çünki komandanın son dövrlərdəki oyunu çox xoşuma gəlir. Düşünürəm ki, “Sabah” hər bir rəqibə qarşı oynaya, öz oyununu diktə edə bilər. Əsas məsələ bunun üçün həm imkanın olması, həm də komandanın bunu bacarmasıdı. İnşallah, bunu “Vikinq”lə oyunda da görərik” – deyə, Abbasov bildirib.

Mütəxəssis “Sabah”ın Dortmund “Borussiya”sı ilə qarşılaşmasına toxunub: “Hamı Dortmund təmsilçisini aşkar favorit hesab edirdi. Oyunun gedişində də rəqibin keyfiyyəti hiss olunurdu. Amma “Sabah” ondan heç də geri qalmadı, hətta xal qazana bilərdi. Qol imkanını dəyərləndirsəydi, bəlkə də oyun 2:2 hesabı ilə başa çatardı. Düşünürəm ki, “Vikinq”lə görüşdə də komanda istədiyi oyunu göstərə, rəqibə öz futbolunu qəbul etdirə bilsə, xalla dönə bilər. Buna ümid edirik”.

MURAD

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest