Azərbaycan Premyer Liqasında XI tura və I dövrəyə bu gün yekun vurulacaq. Matc.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma keçiriləcək.
İlk olaraq “İmişli” doğma meydanda “Sumqayıt”ı qəbul edəcək. Yevlax şəhər stadionunda keçiriləcək görüş saat 15:00-da başlayacaq. Meydan sahibləri 10 xalla turnir cədvəlinin səkkizinci, “Sumqayıt” isə 9 xalla doqquzuncu pilləsində qərarlaşıb.
Turun son matçında “Sabah” “Şamaxı” ilə üz-üzə gələcək. “Sabah Arena”da keçiriləcək qarşılaşma saat 17:30-da start götürəcək. Ehtiyatda bir oyunu olan paytaxt təmsilçisi 20 xalla üçüncü, qonaqlar isə 13 xalla yeddinci yerdədir.
Peşəkar Futbol Liqasının qərarına əsasən, XI tur “Zəfər turu” adlandırılıb.
Azərbaycan Premyer Liqası
I dövrə, XI tur
8 noyabr
15:00. “İmişli” – “Sumqayıt”
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov.
VAR: Cavid Cəlilov.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yevlax şəhər stadionu.
_________________________________________________________________________________________________________________
17:30. “Sabah” – “Şamaxı”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Nicat İsmayıllı.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Sabah Arena”.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Turan Tovuz” “Qarabağ”ı, “Neftçi” “Kəpəz”i (hər ikisi 1:0), “Zirə” isə “Qəbələ”ni (2:1) məğlub edib. “Şəfa” – “Araz-Naxçıvan” qarşılaşması isə 2:2 hesablı heç-heçə ilə başa çatıb.












