“Əl-Hilal”ın 34 oyunluq qələbə seriyası qırılıb. Matc.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu Asiya Çempionlar Liqasının yarımfinal mərhələsində məğlubiyyətlə üzləşib.

Ər-Riyad təmsilçisi raundun ilk matçında Birləşmiş Ərəb Əmirlikləri komandası “Əl Ain”ə 2:4 hesabı ilə uduzub. “Əl-Hilal” buna qədər sonuncu dəfə 2023-cü il sentyabrın 21-də “Damak”la heç-heçə edərək (1:1) qələbə qazana bilməmişdi. Ardıcıl 34 qalibiyyət isə yeni dünya rekordudu.

“Əl-Hilal” hazırda Səudiyyə Ərəbistanı çempionatında 77 xalla birinci pillədə qərarlaşıb. “Əl Ain”lə cavab qarşılaşması isə aprelin 23-də olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest