Azərbaycan Premyer Liqasında avrokuboklara vəsiqə şansını itirən komanda sayı 5-ə yüksəlib. Matc.az saytı xəbər verir ki, XXXIII turun son oyununun ardından “Səbail” üçün də Avropa ümidi tükənib. Qəsəbə təmsilçisi doğma arenasında “Qəbələ”yə (2:3) məğlub olub.
Azərbaycan Premyer Liqasında avrokuboklara vəsiqə şansını itirən komanda sayı 5-ə yüksəlib. Matc.az saytı xəbər verir ki, XXXIII turun son oyununun ardından “Səbail” üçün də Avropa ümidi tükənib.
Qəsəbə təmsilçisi doğma arenasında “Qəbələ”yə (2:3) məğlub olub. Hazırda 42 xalla 6-cı sırada qərarlaşan “Səbail” son üç turda qələbə qazansa, ən yaxşı halda 4-cü pillədəki “Sumqayıt”a çatacaq. Bunun üçün isə “gənclik şəhəri” təmsilçisi məğlubiyyətləri sıralamalıdı.
Ancaq xallar bərabərləşsə belə, şəxsi oyunlara görə, “Sumqayıt” rəqibini üstələyəcək. Çünki ilk üç dövrədəki matçların hamısında Samir Abasovun kollektivi qələbə qazanıb.
Beləliklə, avrokuboklara vəsiqə verən 3 yerə 4 namizəd qalıb. Bunlar “Zirə”, “Sabah”, “Sumqayıt” və “Neftçi”di. Onlardan biri Avropa Liqasına, ikisi isə Konfrans Liqasına yollanacaq. Çempionluğu təmin edən “Qarabağ” yenidən Çempionlar Liqasında mübarizə aparacaq.
Qeyd edək ki, daha əvvəl “Qəbələ”, “Araz-Naxçıvan”, “Kəpəz” və “Turan Tovuz”un avrokubok şansı tükənib.