"Mançester Siti" İngiltərə Premyer Liqasının XXXI turunun "Mançester Yunayted"ə qarşı təxirə salınmış oyununa ciddi itki ilə çıxacaq. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "şəhərlilər" derbidə yarımmüdafiəçi Kevin de Bruynenin xidmətindən məhrum olacaq.

Komandanın baş məşqçisi Pep Qvardiola belçikalı ulduz futbolçunun sabahkı oyuna hazır olmayacağını açıqlayıb: "De Bruynenin sabah oynayacağını düşünmürəm. Onun zədəsi var. Kevinin nə zaman bərpa olunacağını qarşıdakı günlərdə biləcəyik".

Qeyd edək ki, sabah keçiriləcək "Mançester Yunayted" - "Mançester Siti" oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest