İran kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib. 

Matc.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Traktor" bu mərhələdə doğma meydanda "Mes Rafsanjan"la üz-üzə gəlib. 

Qarşılaşmanın əsas hissəsində qapılara qol vurulmayıb. Oyunun taleyinə əlavə vaxtda aydınlıq gəlib. Görüşün 92-ci dəqiqəsində təbrizlilər topu qapıdan çıxarmalı olublar (0:1). Matçın davamında başqa qol olmayıb və "Traktor" bu mərhələdə mübarizəni dayandıraraq yarımfinaldan kənarda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest