Azərbaycan millisinin futbolçusu Renat Dadaşov "Hatayspor"dan ayrılıb.

Matc.az xəbər verir ki, hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşıb edib.

Dadaşov azarkeşlərə vidalaşıb və hər şeyə görə Hataya təşəkkür edib.

Qeyd edək ki, Dadaşov icarə müddəti bitdiyindən müqavilə ilə məxsus olduğu İsveçrənin "Qrashoppers" klubuna geri dönüb.

Xatırladaq ki, 25 yaşlı futbolçu Türkiyə Superliqasında meydana çıxdığı 31 oyunda 6 qolla yadda qalıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest