Türkiyənin "Qalatasaray" klubu Çempionlar Liqasının 3-cü turunun "Lill"lə oyunundan əvvəl UEFA-ya müraciət etməyi planlaşdırırKomandalar Fransadakı "Dekatlon Arena - Pyer-Morua" stadionunda qarşılaşmalıdırlar.

Matc.az xəbər verir ki, bu barədə "Dogan" nəşri məlumat yayıb.

Oyundan əvvəl "Qalatasaray" klub nümayəndə heyətinin və səfərə yollanan azarkeşlərin təhlükəsizliyini təmin etmək üçün UEFA-ya rəsmi sorğu göndərmək niyyətindədir. Bu qərar Fransada son vaxtlar baş verən etirazlar fonunda qəbul edilib.

Bildirilir ki, klub Fransanın səfirliyi və Türkiyənin Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayır. Söhbət görüşün keçiriləcəyi yerin dəyişdirilməsindən getmir. İstanbul təmsilçisi təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb edir. Oxşar tədbirlərin PSJ ilə "Barselona" arasındakı matçda da görüləcəyi gözlənilir.

Qeyd edək ki, qarşılaşma oktyabrın 21-də baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest