19 Oktyabr 2026, 10:24
FUTBOL
"Real"ın prezidenti Florentino Peres komandanın nəticələri yaxşılaşmayacağı təqdirdə baş məşqçi postunda Joze Mourinyonu əvəzləyə biləcək namizədi müəyyənləşdirib.
Matc.az xəbər verir ki, bu barədə "esRadio"nun aparıcısı Serxio Valentin məlumat yayıb.
Florentino Peres yaxın ətrafına bildirib ki, vəziyyət düzəlməyəcəyi təqdirdə Joze Mourinyonu kimin əvəzləyə biləcəyinə artıq qərar verib. Bu, Didye Deşam olacaq.
Mourinyo 2026-cı ilin yayında ikinci dəfə "Real"ın sükanı arxasına keçib. Hazırda Madrid klubu İspaniya çempionatının turnir cədvəlində 9 turdan sonra lider "Barselona"dan 6 xal geri qalaraq 3-cü pillədə qərarlaşıb.













