“Napoli”nin vingeri Xviça Kvaratsxeliya hələ də PSJ-nin maraq dairəsindədir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı “Corriere dello Sport” paylaşıb.

Bildirilir ki, Paris klubu Kilian Mbappenin gedişindən sonra 23 yaşlı gürcü üçün 100 milyon avrodan çox ödəniş etməyə hazırdır.

Bununla belə, Xviçanın özü “Napoli” ilə 5 illik müqavilə imzalamaq niyyətindədir. Futbolçunun bu istəyinə səbəb, komandanın yeni baş məşqçisi Antonio Kontedir. Cinah oyunçusu mütəxəssislə işləmək istəyir, çünki Kontenin onun inkişafında irəliləyişə kömək edə biləcəyini başa düşür.

“Napoli” Kvaratsxeliyaya yeni müqavilədə 5 milyon avroluq başlanğıc maaşı təklif edib, lakin bu məbləğ 7 milyon avroya yüksələ bilər. Tərəflər arasında danışıqlar davam edir.

Qeyd edək ki, gürcü futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. O, ötən mövsüm 45 matçda 11 qol vurub və 7 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest