Avrokuboklarla vidalaşan ilk komandamız “Sumqayıt” oldu. Əslində, bunun baş verəcəyini öncədən proqnozlaşdırmaq çətin deyildi. Çünki digər klublar heyətini gücləndirdiyi bir vaxtda “Sumqayıt” rəhbərliyi yay fasiləsində qış yuxusuna getmişdi.

Bu müddətdə bir neçə yeni oyunçu gətirilsə də, onlar gedənlərin boşluğunu dolduracaq durumda deyildilər.

Baş məşqçi Samir Abasov nə istədiyi “11-liy”i düz-qoş edə bilir, nə də sonradan komandanı gücləndirəcək ehtiyat qüvvəyə malikdir. Elə “Fehervar”la dünənki görüşü yada salmaq kifayətdi. Komandaya mütləq qol lazımdı, rəqib azlıqdadı, amma Abasov ilk əvəzləmələrini 90+2-ci dəqiqədə etdi. Hər halda, bunun kefindən yox, ehtiyatda normal oyunçusu olmadığı üçün etdi.

Başqa klublara oyunçu gətirməkdə heç bir problem yaşamayan klub prezidenti öz komandasını nədənsə, gücləndirə bilmədi. Rəhbərliyin bu yarıtmaz transfer siyasəti də “Sumqayıt”ın avrokuboklarla erkən vidalaşmasına gətirib çıxardı.

Əslində, “Fehervar”la Macarıstandakı matçın statistikası da “Sumqayıt”ın qələbəyə layiq oyun sərgiləməməsinin sübutudu. UEFA-nın açıqladığı statistikaya nəzər yetirək:

“Fehervar” – “Sumqayıt”

Qapıya zərbə - 16:8

Çərçivəyə zərbə - 4:2

Qeyri-dəqiq zərbə - 8:4

Blok qoyulan zərbə - 2:4

Künc zərbəsi - 10:5

Offsayd - 0:5

Sarı vərəqə - 2:3

Cərimə zərbəsi – 11:11

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest