Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib. Matc.az xəbər verir ki, 74 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Albaniya təmsilçisi Çermen Valiyevlə üz-üzə gəlib.
Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
Matc.az xəbər verir ki, 74 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Albaniya təmsilçisi Çermen Valiyevlə üz-üzə gəlib.
Görüşdə güləşçimiz rəqibinə 3:4 hesabı ilə məğlub olub. Valiyev finala qədər irəliləyə bilmədiyindən, təmsilçimizin medal şansı qalmayıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.