“Neftçi” Misli Premyer Liqasına ardıcıl iki heç-heçə ilə başlayıb. Matc.az xəbər verir ki, Roman Qriqorçukun yetirmələri öncə “Turan Tovuz” (0:0), ardınca “Səbail”lə (1:1) sülhə imza atıb.
“Neftçi” Misli Premyer Liqasına ardıcıl iki heç-heçə ilə başlayıb. Matc.az xəbər verir ki, Roman Qriqorçukun yetirmələri öncə “Turan Tovuz” (0:0), ardınca “Səbail”lə (1:1) sülhə imza atıb.
Eyni komandanın startdakı iki turda heç-heçə etməsi son 9 mövsümdə ilk dəfə qeydə alınıb. Sonuncu belə hadisə 2015-16 mövsümündə yaşanıb. Həmin vaxt iki komanda - “Sumqayıt” və “Kəpəz” startda sülhləri sıralayıb. Ümumilikdə isə ölkə çempionatları tarixində 11-ci belə seriya qeydə alınıb. “Neftçi” tarixində ilk dəfə mövsümə heç-heçələrlə başlayıb.
“Bakı” (2011-12, 2012-13) və “Kəpəz” (2010-11, 2015-16) hərəyə iki dəfə belə starta imza atıb. Bakı “İnşaatçı”sı 1993-94, “Turan” 1996-97, AZAL 2008-09, “Simurq” 2012-13, “Xəzər Lənkəran” 2013-14, “Sumqayıt” 2015-16 mövsümündə sülhsevərlik göstərib.