Topaz Premyer Liqasında 2018-19 mövsümünün bütün mükafatçıları bəlli olub. Matc.az saytının məlumatına görə, sona 1 tur qalmış qızıl, gümüş və bürünc medalların sahibləri müəyyənləşib.

XXVII turda "Səbail" üzərində 4:0 hesablı qələbə qazanan "Qarabağ" qızıl medallara qovuşmaqla yanaşı, çempionlar Liqasına da vəsiqə əldə edib.

Bu nəticədən sonra "Neftçi"nin "Qəbələ" ilə səfər matçının nəticəsi heç bir önəm kəsb etməyib. "Ağ-qaralar" 3-cü dəfə Azərbaycan çempionatını ikinci pillədə tamamlayıb. "Qarabağ"a uduzmasına baxmayaraq, "Səbail" də bürünc medalları təmin edib. Bu isə o deməkdi ki, "Neftçi" və "Səbail" gələn mövsüm ölkəmizi Avropa Liqasında təmsil edəcəklər.

Yalnız avrokuboka yollanacaq 4-cü komandanın kimliyi sual altındadı. "Qəbələ" çempionatda 4-cü yeri tutmasına baxmayaraq, ölkə kubokunun finalında "Sumqayıt"a mütləq qalib gəlməlidi. Bir sözlə, avrokuboka vəsiqə qazanacaq son komanda Azərbaycan kubokunun finalında bilinəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest