14 Sentyabr 2024, 13:11
FUTBOL
"Neftçi Arena"da yenilənmə işləri həyata keçirilir.
Matc.az xəbər verir ki, bir müddət əvvəl yararsız hala düşən arenanın ot ortüyündə dəyişilik edilib və meydança normal hala salınıb.
Amma yeniliklər bununla bitməyib. Stadionun bütün oturacaqlarının rəngi də dəyişdirilib. Oturacaqlar “Neftçi”nin doğma rəngi olan ağ-qara rənglərlə əvəzlənib. Buna qədər oturacaqlar göy rəngdə idi.
Qeyd edək ki, arenanın Azərbaycan derbisi – "Neftçi" – "Qarabağ" matçına kimi tam hazır olacağı gözlənilir. Misli Premyer Liqasının 7-ci turu çərçivəsində keçiriləcək bu görüş sentyabrın 20-də keçiriləcək.