Portuqaliya çempionatının VIII turunun “Nasional” – “Benfika” oyunu yarımçıq dayandırılıb. Matc.az xəbər verir ki, qarşılaşma başqa vaxta təxirə salınıb.

Belə ki,matçın baş hakimi 9-cu dəqiqədə qatı duman səbəbindən oyunu dayandırıb. Bu vəziyyət uzun müddət davam etdiyindən, referi görüşün davam etdirilməməsini qərara alıb.

Qeyd edək ki, hazırda “Benfika” 16 xalla 3-cü, “Nasional” isə 5 xalla 17-ci pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest