14 Oktyabr 2024, 12:48
FUTBOL
“Ayaks”ın yarımmüdafiəçisi Cordan Henderson İngiltərəyə qayıda bilər. Matc.az xəbər verir ki, 34 yaşlı futbolçu ilk klubu “Sanderlend”dən təklif alıb.
Çempionşipdə mübarizə aparan “Sanderlend” 2008-2011-ci illərdə əsas komandasının formasını geyinmiş millinin sabiq üzvü ilə danışıqlara başlayıb. Rəhbərlik qış transfer dönəmində bu keçidi reallaşdırmağa çalışacaq. Cordan Henderson karyerası ərzində “Koventri”, “Liverpul” və “Əl-İttifaq”da da çıxış edib.
Qeyd edək ki, “Ayaks” Avropa Liqasının əsas mərhələsinin III turunda oktyabrın 24-də Bakıda “Qarabağ”la qarşılaşacaq.