04 Noyabr 2024, 12:39
FUTBOL
“Qarabağ”ın sabiq qapıçısı Andrey Lunyov “Qızıl top” mükafatının nəticələrini şərh edib. Matc.az xəbər verir ki, hazırda Moskva “Dinamo”sunda çıxış edən qolkiper “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrinin titula yiyələnməsini normal hesab edib.
O bildirib ki, əlində imkan olsaydı, “Qızıl top”u qapıçıya verərdi. Lunyov hətta həmkarları arasında namizədini də açıqlayıb: “Bütün karyerasına görə Manuel Noyer buna layiqdi. Builki çıxışa əsasən isə Mik Menyana bu mükafatı vermək olar”.
Qeyd edək ki, əksəriyyət “Real”ın hücumçusu Vinisius Juniorun “Qızıl top”u alacağını güman etsə də, titula ispaniyalı Rodri layiq görülüb.