03 Dekabr 2024, 22:40
FUTBOL
"Turan Tovuz" – "Sabah" qarşılaşmasında ağır zədə alaraq oyunu tərk edən qərb təmsilçisinin müdafiəçisi Denis Marandiçi dərhal Mərkəzi Klinika Gəncə Xəstəxanasına çatdırılıb.
Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, fibula sümüyünün tam yerini dəyişmiş sınığı və tibia sümüyünün yerdəyişməmiş sınığı aşkarlanan futbolçunun ayağı gipsə qoyulub.
Həkiminin və xəstəxananın rəyinə əsasən futbolçunun Bakı şəhərində əməliyyat olunması nəzərdə tutulub.
Qeyd edək ki, əməliyyatın vaxtı ayağa toplanan hematomanın sovrulmasından sonra mümkün olacaq. Ehtiyac duyularsa futbolçunun əməliyyatı ölkə xaricində həyata keçiriləcək.