04 Dekabr 2024, 20:45
FUTBOL
PSJ-nin baş məşqçisi Luis Enrike ilə klubun bəzi futbolçuları arasında gərginlik yaşanıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "RMC Sport" "X" sosial şəbəkəsindəki səhifəsində paylaşıb.
PSJ-nin bir neçə futbolçusu baş məşqçinin oyunlar üçün start heyəti seçməsini düzgün hesab etmir və onun bəzi qərarlarını son dərəcə ədalətsiz hesab edir. Luis Enrikedən narazı olan futbolçuların adları açıqlanmayıb.
Qeyd edək ki, PSJ Fransa Liqa 1-də birinci yerdədir. Enrikenin komandası 13 oyunda məğlubiyyət yaşamadan 33 xal toplayıb.
Çempionlar Liqasında isə vəziyyət fərqlidir. Paris klubu 5 matçda cəmi 1 qələbə qazanıb və 25-ci yerdədir.