07 Dekabr 2024, 11:29
FUTBOL
AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.
AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.
Matc.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının Çempionlar yolunun III mərhələsində keçiriləcək "Trabzonspor" (Türkiyə) – "Sarayevo" (Bosniya və Herseqovina) oyununun UEFA nümayəndəsi olacaq.
Trabzon şəhərində yerləşən Şenol Güneş İdman Kompleksi stadionunda təşkil olunacaq cavab görüşü dekabrın 11-də baş tutacaq.
Qeyd edək ki, "Trabzonspor" – "Sarayevo" matçını belaruslu baş hakim Amine Kourgheli idarə edəcək. Bosniya və Herseqovinada keçirilən ilk oyun 2:2 hesabı ilə yekunlaşıb.