Braziliya çempionatında mövsümün qalibi bilinib. Matc.az xəbər verir ki, “Botafoqo” qızıl medalları təmin edib.

Komanda Rio-de-Janeyroda “San Paulo”nu 2:1 hesabı ilə məğlub edərək, xallarının sayını 73-ə çatdırıb və rəqibi üçün əlçatmaz olub.

Bununla da “Botafoqo” 29 ildən sonra Braziliya çempionluğunu qazanıb. Klub daha əvvəl 1968 və 1995-ci illərdə bunu bacarıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest