Mövsümün ikinci yarısının hazırlığını davam etdirən "Qarabağ" yoxlama matçı keçirib. Matc.az xəbər verir ki, Ağdam klubu "Kəpəz"lə qarşılaşıb.

Qarşılaşma "Azersun Arena"da baş tutub. Oyunda “Qarabağ” qələbə qazanıb. Belə ki, Qurban Qurbanovun komandası 5:1 hesablı qalibiyyətə sevinib.

Azarkeşlər üçün qapalı keçirilən matçda “Qarabağ”dan Aleksey Kaşuk het-trik edib, digər qollara Emmanuel Addai və Davud Məsumov imza atıb. “Kəpəz”in heyətində isə Ehtiram Şahquliyev fərqlənib.

Qeyd edək ki, "Qarabağ" növbəti yoxlama oyununu yanvarın 12-də "Zirə"yə qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest